Azərbaycan Premyer Liqasında çıxış edən klubların heyətində gənc futbolçularla yanaşı təcrübələrinə güvəndikləri yaşlı futbolçular da var.
Premyer Liqanın 2022/2023 sezonunda ən gənc heyət "Şamaxı" klubunda olsa da, ən gənc futbolçu Sumqayıt şəhər təmsilçisinin heyətindədir. Bu sezon "Sumqayıt" klubu ilə meydana çıxmaq şansı da qazanan Nihad Əhmədzadənin 16 yaşı var. "Sumqayıt" akademiyasının yetirməsi olan Nihad Əhmədzadə "Səbail" ilə matçda debüt etmişdi.
Premyer Liqanın ən yaşlı futbolçusu isə "Turan Tovuz" klubunda çıxış edir. 37 yaşlı əlcək sahibi Kamal Bayramov öz təcrübəsini komandadakı gənclərlə bölüşür.
Onu da qeyd edək ki, Azərbaycan Premyer Liqasında "Qarabağ"dan Riçard Almeyda (33 yaş), Nəriman Axundzadə (18 yaş) "Zirə"dən Anar Nəzirov (37 yaş), "Şamaxı"dan Elvin Məmmədov (34 yaş), "Səbail"dən Rahid Əmirquliyev (33 yaş) və başqa təcrübəli, gənc futbolçular da çıxış edir.