Kevin De Brün: "O hamı kimi normal futbolçudur".

Əziz Əzizli
Kevin De Brün: "O hamı kimi normal futbolçudur".

"Mançester Siti" klubunun futbolçusu Kevin De Brün komanda yoldaşı Erlinq Holan haqqında danışıb.

"Operativ Media" xəbər verir ki, De Brün komanda yoldaşı haqqında bunları deyib: "Erlinq qol vurmağa çox həvəslidir. Onun artıq 200 qola yaxın hədəfi var. Əgər karyerası istədiyi kimi getsə 600,700,800 qol həddinə çata bilər. O hamı kimi normal futbolçudur və özünü çox da ciddiyə almır".

Qeyd edək ki, Erlinq Holan İngiltərə Premyer Liqasında 18 qolla bombardilər siyahısına başçılıq edir.

Digər xəbərlər