28 Dekabr 2022, 14:55
Türk futbolçunun evi soyuldu

İtaliya Seria A komandalarından "Atalanta"da forma geyinən Türkiyə milli komandasının üzvü Merih Demiralın İtaliyadakı evindən oğurluq olub.
"Operativ Media" xəbər verir ki, karyerasını "Atalanta"da davam etdirən Merih Demiralın evdə olmamasını fürsət bilən oğrular futbolçunun evinə girərək bütün dəyərli əşyalarını götürüblər.
Qeyd edək ki, Yeni il tətili üçün ailəsi ilə birlikdə Türkiyədə olan futbolçu İtaliyaya geri dönməyib.