29 Dekabr 2022, 09:58
Erlinq Holan rekorda doğru gedir

Dünən İngiltərə Premyer Liqasında 2 qol vuraraq qollarının sayını 20-ə çatdıran Erlinq Holan bombardirlik yarışına başçılıq edir.
"Operativ Media" xəbər verir ki, Holan Premyer Liqada 34 qol vurarsa hər mövsüm ən çox qol vuran futbolçuya verilən "Qızıl Buts" rekordunu təzələyəcək.
Qeyd edək ki, Endrü Koul və Alan Şirer 1993/94 və 1994/95 mövsümlərində 34 dəfə fərqlənməklə bu mükafatın tarixində ən çox qol vurmuş oyunçu hesab olunurlar.