RƏSMİ: Kriştianu Ronaldonun yeni klubu bəlli oldu

Əziz Əzizli
RƏSMİ: Kriştianu Ronaldonun yeni klubu bəlli oldu

Portuqaliyalı məşhur futbolçu Kriştianu Ronaldonun yeni klubu bəlli olub.

"Operativ Media" xəbər verir ki, Ronaldo Səudiyyə Ərəbistanı klubu "Əl-Nəsr" ilə 2.5 illik müqavilə imzalayıb. "Əl-Nəsr" klubu rəsmi internet saytından etdiyi paylaşımla bu xəbəri açıqlayıb.

Transferdən sonra açıqlama verən Kriştianu Ronaldo " "Əl-Nəsr"in vizyonu çox ilhamverici və təsir edicidir. Fərqli bir ölkədə fərqli bir liqa yaşamaq üçün səbirsizlənirəm. Ən qısa zamanda komanda yoldaşlarıma qoşulmaq üçün həyəcanlıyam" dedi. 

Digər xəbərlər