"Mançester Yunayted" klubunun sabiq müdafiəçisi Rio Ferdinand Kriştianu Ronaldonun "Əl-Nəsr" klubuna transferi haqqında danışıb.
"Operativ Media" xəbər verir ki, Rio Ferdinand müsahibəsində "Soruşuram, bir çox futbolçunun ABŞ MLS liqasına getməsi problem olmur, amma Kriştianu Ronaldonun Səudiyyə Ərəbistanına getməsi utancverici hərəkət oldu? Bir çox ulduz karyerasını rəqabət səviyyəsi aşağı olan liqalarda tamamladı, amma heç bir şey deyilmədi. Kriştianu Ronaldonun karyerasını fərqli bir yerdə bitirməyə haqqı var. Hətta ən çox onun haqqı var. Çünki bu futbolçu həyatı boyunca ən yüksək liqalarda oynayıb" deyib.