03 Yanvar 2023, 10:47
Peşəkar Ralli piloti Ken Blok qəza nəticəsində dünyasını dəyişib

Peşəkar ralli sürücüsü və motor idmanının əfsanəsi Ken Blok keçirdiyi qəzadan sonra 55 yaşında vəfat edib.
"Operativ Media" xəbər verir ki, karyerası boyunca bir çox uğurlara imza atan Ken Blokun yanvarın 2-də qar arabası (snowmobile) qəzasından sonra ağır yaralandığı və edilən bütün müdaxilələrə baxmayaraq xilas edilə bilmədiyi açıqlanıb.
Qeyd edək ki, avtomobil həvəskarlarının qəlbində xüsusi yerə sahib olan Blok eyni zamanda bir çox viral drift videolarının yaradıcısı idi.