
"Qarabağ" FK-nın prezidenti Tahir Gözəl klubun rəsmi saytına verdiyi müsahibəsində Kadi məsələsinə də toxunub.
"Operativ Media" xəbər verir ki, Tahir Gözəl müsahibəsində "Biz Kadini satmırıq. Klub o zaman “futbolçunu satırıq” deyir ki, ondan razı deyil və futbolçunu transferə çıxarır. Lakin elə məsələlər var ki, qaydalardan kənar çıxa bilmərik. Biraz əvvəl də qeyd etdiyim kimi, biz onunla yeni müqavilə imzalayanda müəyyən bəndlər əlavə edildi. Futbolçu ilə, xüsusən cəlbedici təkliflərin olduğu bir futbolçu ilə müqaviləni uzatmaq asan iş deyil. Hər xırda detal müzakirə edilir, dəfələrlə ölçülür, biçilir. Kadinin müqaviləsində sərbəst qalma məbləğinin olması dünya təcrübəsində də olan məsələdir. Onlarla belə misal çəkmək olar. Biz Kadini satmaq istəmirik, amma qaydalara görə o pulu ödəyəcək kluba da yox deyə bilmərik. Azərbaycan təmsilçisinə bir futbolçuya görə bu qədər məbləğ ödəməyə hazır olanlar varsa, demək ki bu, “Qarabağ”ın klub olaraq artıq başqa səviyyəyə qalxdığını göstərir" deyib.
Qeyd edək ki, Kadi Borqesi Rusiyanın "Krasnodar" klubu transfer etmək istəyir.