04 Yanvar 2023, 09:25
"Qarabağ" Antalyaya yola düşdü

Azərbaycan Premyer Liqasında çıxış edən Ağdamın “Qarabağ” klubu təlim-məşq toplantısı üçün bu gün Türkiyənin Antalya şəhərinə yola düşüb.
"Operativ Media" xəbər verir ki, bununla bağlı “Qarabağ” klubunun rəsmi Feysbuk səhifəsində məlumat paylaşılıb.
Qeyd edək ki, "Qarabağ" Antalyada 3 yoldaşlıq oyunu keçirəcək. Yanvarın 13-ü Polşanın "Rakuv", Yanvarın 18-i isə Serbiyanın "Çukariçki" və Polşanın "Poqon" klubları ilə üz-üzə gələcək.
Təlim-məşq toplanışı Yanvarın 23-dək davam edəcək.