05 Yanvar 2023, 17:55
Azərbaycanda 5 faydalı qazıntı yatağı hərraca çıxarılacaq
Azərbaycanda 5 faydalı qazıntı yatağı hərraca çıxarılacaq şəkil
Azərbaycanda 5 faydalı qazıntı yatağı hərraca çıxarılacaq

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yer təkindən istifadə ilə bağlı fevralın 15-də keçirəcəyi hərraca 5 faydalı qazıntı yatağı çıxaracaq.

Bu barədə "Operativ Media"ya Dövlət Xidmətindən bildirilib.

Məlumata görə, bunlar, Xızı rayonundakı "Şurabad" qum yatağı, Balakən rayonundakı “Göyəmtala” gil yatağı, Qazax rayonundakı “Aşağı Salahlı” gil yatağı, “Daş Salahlı-III” sement xammalı yatağı, Ağstafa rayonundakı “Acıdərə” vulkan külü yataqlarıdır.

Başlanğıc qiyməti 4 991 - 166 400 manat arasında dəyişən yataqlara sahib olmaq üçün iddiaçılar müvafiq sənədlər toplusunu 8 fevral 2023-cü il saat 16:00-a qədər Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyat, 31 ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş sənədlər açılmadan geri qaytarılacaq.

Hərracla bağlı məlumat almaq, xidmət haqqı və 10% beh ödəmək istəyənlər Əmlak Xidmətləri Məkanına da müraciət edə bilərlər (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20). Hərrac elə burada keçiriləcək.

Son xəbərlər
FHN Kəskin hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Tramp Kapitoliya basqınında təqsirli bilinənləri əfv edəcək
Ömər aşırımına qar yağıb
Putin Orbanın atəşkəs təklifinə münasibət bildirib
Müharibə zonalarında həlak olan jurnalistlərin sayı açıqlanıb
Fəxrəddin Altun: Türkiyə bundan sonra da Suriya xalqını dəstəkləyəcək
Qubada partlayışda xəsarət alan şəxs ölüb
SOCAR-ın kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib