PSJ "Əl-Nəsr" və "Əl Hilal" futbol klublarının birləşmiş 11-liyi ilə yoldaşlıq görüşünə hazırlaşır.
"Operativ Media" xəbər verir ki, qarşılaşma yanvarın 19-da baş tutacaq. "Əl Hilal" + "Əl-Nəsr" - PSJ matçı Riyad Mövsüm Kuboku 2023-ün bir hissəsidir.
Qeyd edək ki, Messi və Ronaldo PSJ - "Əl-Nəsr" yoldaşlıq görüşündə oynasalar, bu, onların 37-ci görüşü olacaq. İndiyədək Ronaldo və Messi 36 dəfə qarşılaşıblar. Bunlardan 16-da Messi, 11-də isə Ronaldo qalib gəlib.