Menyu

Hava şəraiti əsasən yağmursuz keçib - FAKTİKİ HAVA

Nərmin Qocamanlı
Hava şəraiti əsasən yağmursuz keçib - FAKTİKİ HAVA

Avqustun 5-i saat 9:00-a olan məlumata görə, Azərbaycanın əksər rayonlarında hava şəraiti əsasən yağmursuz keçib.

Milli Hidrometeorologiya Xidmətindən "Operativ Media"ya verilən məlumata görə, lakin axşam Quba-Qusar bölgəsinin dağlıq ərazilərində qısamüddətli yağış yağıb, şimşək çaxıb. Ayrı-ayrı yerlərdə leysan xarakterli olub. Düşən yağıntının miqdarı Qusarda (Laza) 32 mm, Qrızda 5 mm, Qubada 4 mm-dək olub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 36, Naxçıvan MR-da 37, Aran rayonlarında 38, dağlıq rayonlarda isə 29 dərəcəyədək isti olub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər