08 Yanvar 2023, 09:11
"Fənərbaxça" - "Qalatasaray" derbisində cəzalılar və zədəlilər

Türkiyə Super Liqasının 18-ci həftəsində "Fənərbaxça" ilə "Qalatasaray" üz-üzə gələcək.
"Operativ Media" xəbər verir ki, "Qalatasaray" klubunda müdafiəçi Matias Ross ve Kazımcan Karataş zədəli olduqları üçün bu oyunda iştirak edə bilməyəcəklər. "Fənərbaxça"da isə Pedro, Luan Perez və Nazim Sanqare zədə səbəbindən heyətdə olmayacaqlar. Hücumçu Enner Valensiyanın oynayıb oynamayacağı oyun vaxtı məlum olacaq.
Hər iki komandada cəzalı futbolçu yoxdur.
Qeyd edək ki, matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.