Menyu

"Bu il rəqabət ötən illərə nisbətən daha çox olacaq" - İxtisas seçimi edərkən nələrə diqqət edilməlidir?

"Bu il rəqabət ötən illərə nisbətən daha çox olacaq" -  İxtisas seçimi edərkən nələrə diqqət edilməlidir?

Bu gündən I, II, III, IV və V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər (o cümlədən subbakalavrlar) üçün ixtisas seçimi başlayır. İxtisas seçimi avqustun 19-dək davam edəcək. Seçim bütün ixtisas qrupları üzrə internet vasitəsilə aparılır.

Bəs hansı ixtisas qrupu üzrə abituriyentlərin şansı daha çoxdur?

Mövzu ilə bağlı “Operativ Media”ya danışan Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nurinin sözlərinə görə, bu il bütün ixtisas qrupları üzrə keçid ballarında artım gözlənilir:

72763esassas.jpg

“İxtisas seçimi 10 gün davam edəcək. Bu il bütün ixtisas qrupları üzrə keçid ballarında artım gözlənilir. Bu ilki göstəricilər, ötən ilki göstəriciləri bir xeyli qabaqlayıb. Bu, təkcə bir qrup üzrə yox, bütün qruplar üzrədir. Keçən il III ixtisas qrupunun alt qrupu yüksək nəticə vədd etmirdi. Amma bu il təkcə alt qrupunun (coğrafiya fənni üzrə imtahan verən) göstəriciləri ötən illə müqayisədə, bir neçə dəfə çoxdur. Ötən il III qrupun alt qrupu üzrə cəmi 97 nəfər 500-dən yuxarı bal toplamışdırsa, bu il onların sayı 213-dür. I ixtisas qrupunun alt qrupu üzrə 600-dən yüksən bal toplayanların sayı ötən il 242 nəfər idisə, bu il onların sayı 2 dəfə artaraq 504-ə çatıb. 500-dən yüksək bal toplayanların sayı ümumilikdə iki dəfədən çox artıb. Ötən il bu rəqəm 1310 idi, bu il isə 2432-dir”.

Ekspert yüksək bal toplayan abituriyenlərin sayının çox olmasının səbəbini bununla bağlayıb:

“Yüksək bal toplayan abituriyentlərin çox olmasının səbəbi buraxılış imtahanlarının əvvəlki illərə nisbətən uyumlu təşkil olunmasıdır. Çünki, bu il ilk dəfə olaraq Dövlət İmtahan Mərkəzi (DİM) ilə Elm və Təhsil Nazirliyi arasında əlaqələrdə yumuşalma yarandı. Buraxılış imtahanlarındakı suallar, tədris proqramına daha yaxın olduğu üçün, şagirdlər yüksək nəticə göstərdilər.

Blok imtahanı isə həddindən artıq çətin keçdi. Əgər blok imtahanı da nisbətən sadə keçsə idi, bu il fantastik bal artımının şahidi ola bilərdik. Bu ilki bal artımı fantastik dərəcədə olmayacaq. Bundan əmin ola bilərsiniz. Sadəcə olaraq, bu ilki rəqabət ötən illərə nisbətən daha çox olacaq”. 

Elmin Nuri rəqabətin daha çox III ixtisas qrupunda olacağını bildirib:

“Rəqabət daha çox III ixtisas qrupunu seçənlər arasında olacaq. Bunun da bir neçə səbəbi var. III qrup (TD) alt qrupu üzrə ötən il imtahan verənlərin sayı xeyli az idi. Bu il isə daha çoxdur. Bu il “Regionşünaslıq” və  “Beynəlxalq münasibətlər” ixtisasını seçən abituriyentlər xüsusi ilə diqqətli olmalıdır. Abituriyentlər plan yerlərinə ciddi fikir veməlidir.

III ixtisas qrupu blok imtahanında çox yaxşı nəticələr əldə etdi. III qrupda 100-dən aşağı bal toplayaraq 150 ballıq ixtasaslara ehtiyac duyanların sayı digərlərindən daha azdır. Yəni bu il 150 ballıq ixtisaslardan daha çox, 250, 350 hətta 400-500 ballıq ixtisaslar üzrə rəqabət olacaqdır.

III ixtisas qrupu üzrə 600 bal toplayanların sayı da xeyli artıb. Bu qrupunun yüksək ballı ixtisaslarında çox ciddi rəqabət olacaq. III ixtisas qrupunu seçən abituriyentlər çox diqqətli olmalıdır”.

Təhsil eksperti qeyd edib ki, II ixtisas qrpunda ballar stabil olaraq qalıb:

“II ixtisas qrupu bu il yenə də öz stabilliyi ilə seçilir. Buna baxmayaraq nəticələr ötən ilki göstəriciləri xeyli qabaqlayıb. II qrup üzrə 200-dən yuxarı bal toplayanların sayı ötən il 3600 idisə, bu il min nəfər artaraq 4600 olub.

II qrupda 100-150 ballıq ixtisaslara ehtiyac duyanların sayı xeyli çoxdur. II ixtisas qrupunda dörd ixtisas var ki, 100 balı aşa bilməyən abituriyentlər bu ixtisası seçə bilər. Bunlar “Biznesin idarə edilməsi”, ”Marketinq”, “Turizmin əsasları” və “Turizm işinin təşkili”dir. Bu dörd ixtisas üzrə çox ciddi rəqabətə şahid olacayıq”.

I ixtisas qrupunda builki rəqabət xeyli fərqlənəcək. İT əsaslı ixtisaslar “İnformasiya təhlükəsizliyi”, “Kompüter elmləri”, “Kompüter mühəndisliyi” və “İnformasiya təxnologiyaları” ixtisaslarını saçmək istəyən abituriyentlər rəqabətə hazır olmalıdırlar”.

Təhsil eksperti Elçin Süleymanov dövlət sifarişli yerlərin sayının artmasının, qəbul prosesinə müsbət təsir göstərəcəyini vurğulayıb:

elcin-suleymanov.png

“Bu il “Qarabağ” və “Azərbaycan - Türkiyə” universitetlərinin qəbul prosesinə qoşulması ilə yüksək bal toplayan abituriyentlərin rəqabat imkanını biraz daha genişlənəcək. Bəzi ixtisaslar keçid balı sadəcə 10-15 bal aşağı düşə bilər. Çünki dövlət sifarişli (DS) yerlərin sayı 7 minə yaxın artıb. Ötən il 52 min dövlət sifarişli yer var idisə, bu il say 60 minə qaldırılıb.

Dövlət sifarişli yerlər daha çox I ixtisas qrupundadır. Ona görə də I ixtisas qrupunda 200-dən yuxarı bal toplayan abituriyentlərin pulsuz təhsil almaq imkanları var.

IV ixtisas qrupu ənənəvi olaraq qalır. Bu ixtisas qrupunda keçən ilki ballar öz aktuallığını qoruyacaq. Bu il ilk dəfə “Qarabağ” universiteti tələbə qəbulu elan etdi. Yüksək bal toplayan bir neçə tələbə artıq “Qarabağ” universitetini seçdiyini elan edib.

Gənc alim, doktorant, Magistrlər cəmiyyətinin sədri və fəlsəfə doktoru İlqar Orucov abituriyentləri ixtisas seçimi zamanı öz istədikləri peşələrə üz tutmağa çağırıb:

İlqar Orucov: Cari ildə yeni və maraqlı layihələr həyata keçirməyi  planlaşdırırıq - AZƏRTAC

“İxtisas seçimi nəyinki universitet həyatını, eyni zamanda insanın gələcəkdə cəmiyyətdəki mövqeyini müəyyən edir. Buna görə də, abituriyentlər ixtisas seçimi edərkən son dərəcədə diqqətli olmalıdırlar. Əlbəttə mütəxəssislərin fikirlərini almaq pis olmaz. Amma burada çox vacib məqam ondan ibarətdir ki, insan özünün sevdiyi və gələcəkdə bu sahə üzrə çalışa biləcəyi ixtisası seçməlidir. Bir çox yeniyetməmiz ailələrinin basqıları ilə özünün istəmədiyi ixtisası seçməli olur. Mən özüm də bu problemlə tez-tez rastlaşıram. Biz sadəcə onların yanında olmalıyıq. İxtisas seçimi çox vacib mərhələdir. Abituriyentlərə tövsiyyə edərdim ki, onlar arzuladıqları peşəni seçsinlər. Bu zaman gənclərimiz çalışdıqları sahədən asılı olmayaraq, yaxşı mütəxəssiz kimi formalaşacaqlar”. 

Gülcahan Məmmədova

Teqlər:

"\"Bu il r\u0259qab\u0259t \u00f6t\u0259n ill\u0259r\u0259 nisb\u0259t\u0259n\u00a0daha \u00e7ox olacaq\" - \u0130xtisas se\u00e7imi ed\u0259rk\u0259n n\u0259l\u0259r\u0259 diqq\u0259t edilm\u0259lidir?"

Əlaqəli Xəbərlər