09 Yanvar 2023, 06:14
Kilyan Mbappe Zinəddin Zidanı müdafiə etdi - FOTO

Fransa milli komandasının hücumçusu Kilyan Mbappe Tviter hesabında Zidanla bağlı paylaşım edib.
"Operativ Media" xəbər verir ki, Kilyan Mbappe rəsmi Tviter hesabında Fransa Futbol Federasiyasının prezidenti Noel Le Qraetin Zinəddin Zidan barədə son açıqlamasına bu cür reaksiya bildirib:
"Zinəddin Zidan Fransadır! Əfsanəyə bu cür hörmətsizlik etmək olmaz."
Qeyd edək ki,Fransa Futbol Federasiyası prezidenti son açıqlamasında "Zinəddin Zidan? Onunla heç görüşməmişəm. O mənə zəng etməyib və zəng etsə belə, hətta onun zənglərini belə açmazdım. Onun Braziliya millisinə getməsi? O hara istəsə gedə bilər, bir kluba və ya bir milli komandaya.. Bu isə mənim vecimə deyil" demişdi.