Menyu

Dağıstanda ağır yol qəzasında 4 nəfər ölüb

Əsəd Abbaslı
Dağıstanda ağır yol qəzasında 4 nəfər ölüb

Dağıstanın Xasavyurt rayonunda dörd nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Operativ Media" xəbər verir ki, bu barədə Rusiyanın Daxili İşlər Nazirliyinin regional idarəsi bildirib.

“Bu gün təxminən saat 05:30-da Xasavyurd – Babayurd avtomobil yolunun 29-cu kilometrində Qızılyurd rayonunun 28 yaşlı sakini VAZ-2131 markalı avtomobili idarə edərkən qarşı hərəkət zolağına çıxıb və Xasavyurd rayonunun 54 yaşlı sakininin idarə etdiyi VAZ-21102 markalı avtomobillə toqquşub”, – məlumatda deyilir.

Qurum qeyd edib ki, toqquşma nəticəsində hər iki sürücü və onların iki sərnişini – 64 yaşlı qadın və 29 yaşlı kişi aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

Teqlər:

"Da\u011f\u0131standa a\u011f\u0131r yol q\u0259zas\u0131nda 4 n\u0259f\u0259r \u00f6l\u00fcb"

Əlaqəli Xəbərlər