Arda Turan İspaniyada alqışlandı - VİDEO

Əziz Əzizli
Arda Turan İspaniyada alqışlandı - VİDEO

İspaniya La Liqasının 16-cı turu çərçivəsində "Atletiko Madrid" "Barselona" ilə üz-üzə gəlib.

"Operativ Media"  xəbər verir ki, "Metropolitano" stadionunda baş tutan görüşü izləyənlər arasında sabiq türk futbolçu Arda Turan da olub. Hər iki klubun da formasını geyinmiş türk futbolçunu azarkeşlər alqışla qarşılayıb.

Qeyd edək ki, matç "Barselona" klubunun minimal hesablı qələbəsiylə başa çatıb.

Digər xəbərlər