12 Avqust 2024, 19:43
Azərbaycan və Türkiyə hərbi-texniki sahədə əməkdaşlıq üzrə geniştərkibli görüş keçirib
Azərbaycan və Türkiyə hərbi-texniki sahədə əməkdaşlıq üzrə geniştərkibli görüş keçirib şəkil
Azərbaycan və Türkiyə hərbi-texniki sahədə əməkdaşlıq üzrə geniştərkibli görüş keçirib

Azərbaycan və Türkiyə arasında hərbi-texniki sahədə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

Bu barədə "Operativ Media"a Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan müdafiə sənayesi naziri Vüqar Mustafayev ölkədə işgüzar səfərdə olan Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgünün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

V.Mustafayev görüş zamanı ölkələr arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdırıb.

“TUSAŞ”, “ASFAT”, “HAVELSAN”, “ROKETSAN”, “BAYKAR”, “Makina ve Kimya Endüstri”, “REPKON Grup”, “ASELSAN” şirkətlərinin rəhbərlərinin də iştirak etdiyi geniştərkibli görüşdə Azərbaycan və Türkiyə arasında gələcəkdə daha səmərəli əlaqələrin qurulması üçün müdafiə sənayesi sahəsində ikitərəfli əməkdaşlığın uğurla davam edəcəyindən bəhs edilib.

V.Mustafayev qonaqları Azərbaycanın müasir müdafiə sənayesi sahəsindəki yeniliklər, əldə olunan nəticələr və gələcək planlar haqqında məlumatlandırıb. H.Görgün Azərbaycanın müdafiə sənayesinin daha da inkişaf etməsi istiqamətində aparılan birgə fəaliyyətlərin önəmindən bəhs edib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Son xəbərlər
Somali Nazirlər Şurası Azərbaycanla əməkdaşlıq sazişlərini təsdiqləyib
İtaliya Qəzzaya 15 ton humanitar yardım göndərib
"Liverpul" İngiltərə Liqa Kubokunda finala yüksəlib
Tramp BCM-nin əməkdaşlarına qarşı sanksiyalar tətbiq edib
Azərbaycanın Los-Ancelesdəki baş konsulu səudiyyəli həmkarı ilə görüşüb
Azərbaycan millisi Belçikaya məğlub oldu
BMT-də COP29-da əldə edilən mühüm nailiyyətlər vurğulanıb
Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür