Menyu

Bakıda hazırda hansı yollarda məhdudiyyət var və təmir işləri aparılır?

Nərmin Qocamanlı
Bakıda hazırda hansı yollarda məhdudiyyət var və təmir işləri aparılır?
1 dəq oxu

Hazırda aidiyyəti dövlət qurumu tərəfindən paytaxtın bir neçə küçə və prospektində yolda təmir işləri aparılır və avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub.

"Operativ Media" DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən məhdudiyyət qoyulan küçə və prospektləri təqdim edir.

Təmir səbəbindən avtonəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulan yollar:

1.    Alexsandr Puşkin küçəsi Dəmir yol vağzalının qarşısı, Dilarə Əliyeva küçəsi ilə kəsişmədən Azadlıq prospekti ilə kəsişməyə qədər;
2.    Həsən bəy Zərdabi prospekti, Musabəyov parkı istiqamətində, Akim Abbasov küçəsi ilə kəsişmədən Həsən Məcidov küçəsi ilə kəsişməyə qədər;
3.    Nəsimi rayonu, 28 May küçəsində, (K.Səfərəliyeva küçəsindən Puşkin küçəsinədək);
4.    Xətai rayonu, Yusif Səfərov küçəsi ilə kəsişmədən A.Puşkin küçəsi ilə kəsişməyə qədər;
5.    Dilarə Əliyeva küçəsi, A.Puşkin küçəsi ilə kəsişmədən Səməd Vurğun bağınının yaxınlığı, Rixard Zorge küçəsi ilə kəsişmə istiqamətində;
6.    8 Noyabr prospektində (Zığ şosesi istiqamətində) Xaqani Rüstəmov küçəsindən Mərkəzi Bulvar küçəsinədək olan hissədə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub.
                            
Təmir işləri aparılan küçə və prospektlər:

1. Nərimanov rayonu, Molla Pənah Vaqif prospekti ilə Hənifə Ələsgərov küçəsinin kəsişməsi, Ceyhun Hacıbəyli küçəsi istiqamətində;
2. Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, Azərbaycan Dövlət Neft Akademiyasının qarşısında;
3. Xətai rayonu, 8 Noyabr prospekti, Heydər Əliyev adına Neft Emalı Zavodunun qarşısı, hər iki istiqamətdə;

4. Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, "Badamdar Hotel”in qarşısı, hər iki istiqamətdə;
5. Nəsimi rayonu, Mirzağa Əliyev küçəsi ilə Azərbaycan prospektinin kəsişməsi, Rəşid Behbudov küçəsi istiqamətində;
6. Səbail rayonu, Bülbül və Neftçilər prospektlərinin kəsişməsində;
7. Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsi ilə Bülbül prospektinin kəsişməsindən Azadlıq prospekti ilə kəsişməyədək yolda təmir işləri aparılır.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər