Menyu

Yeni internet qiymətləri: "Aztəminatlı ailələr üçün ödəniş çətin ola bilər"

Nərmin Qocamanlı
Yeni internet qiymətləri: "Aztəminatlı ailələr üçün ödəniş çətin ola bilər"

Xəbər verdiyimiz kimi, bu gündən Azərbaycanda genişzolaqlı internet tarifləri üzrə sürət və ödəniş məbləğinə dəyişiklik edilib. Tariflər üzrə təqdim olunan sürətlər 2.5 dəfə (40 Mbit/s internet sürətini 100 Mbit/s-yə, 60 Mbit/s internet sürətini 150 Mbit/s-yə və 100 Mbit/s sürətini isə 250 Mbit/s-yə qədər) artırılıb. Yeni sürət tariflərində abunəçilər üçün minimal sürət 100 Mbit/s-dən başlayır və hər Mbit/s üçün ödəniş məbləği 0.45 AZN-dən 0.25 AZN-ə endirilib. Abunəçilərə 100 Mbit/s internet üçün 25 AZN, 150 Mbit/s internet üçün 30 AZN, 250 Mbit/s internet üçün 36 AZN qiymət təklif edilir.

Məsələ ilə bağlı "Operativ Media”ya açıqlama verən İnformasiya Texnologiyaları üzrə mühəndis-tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev bildirib ki, Azərbaycan global internet sürəti ilə bağlı reytinqlərdə yüksəlmək imkanı əldə edəcək:

Bəhruz Əliyev: “Azərbaycanda süni intellektə investisiyalar artır - MÜSAHİBƏ

“15 avqustan etibarən internetin sürətində və tariflərdə dəyişiklik qüvvəyə minib. Abunəçilərə 100, 150 və 250  Mbit/s sürət təklif olunur. Vətəndaşlara verilən internet sürəti minimum olaraq 100 Mbit/s -dır. İnternetə olan ehtiyac, evlərdə internetə qoşulan avadanlıqların sayının çoxalması, sürətinin artmasına zərurət yaratmışdı. Əlbəttə, bu çox müsbət haldır. İndiyə kimi vətəndaşın 100 Mbit/s sürətli internetdən istifadəsi bir qədər bahalı idi və bəzi hallarda isə bölgəyə əsasən texniki imkanlar yox idi. Artıq demək olar ki, bu sürət hər kəs üçün əlçatandır. İnternet sürətinin artması bizim 4K keyfiyyətində videolara baxmağımıza, kefiyyətli videokonfrans və onlayn fəaliyyət aparmağımıza, kefiyyətli İPTV xidmətlərindən istifadə və distant formada görülən işlərə də öz müsbət təsirini göstərəcək. Eyni zamanda Azərbaycan global internet sürəti ilə bağlı reytinqlərdə yüksəlmək imkanı əldə edəcək. Bu da çox xoş haldır”.

Ekspert bölgələrdə yaşayan və azbüdcəli əhali üçün də müəyyən addımların atılmalı olduğunu bildirib:

“Amma, bəzi məqamlar var ki, gələcəkdə bununla bağlı tədbirlər görülməlidir. Bölgələrdə yaşayan və internetdən çox istifadə etməyən şəxslər 100 Mbit/s sürətdən o qədər də istifadə etməyəcək. Həmin şəxslər və aztəminatlı ailələr üçün 25 manat ödəniş çətin ola bilər.  Buna görə də, həmin şəxslərə müəyyən imkanlar yaradılması xoş addım olardı. Bütün provayderlərin standart tariflərlə internet sürəti təklif etməsi, kiçik büdcəli ailələrə çətin ola bilər. Bunun qarşısını almaq üçün, seçim çoxalmalıdır. Bir şəxs 100 Mbit/s istifadə etmirsə, bir qədər aşağı qiymətə, məsələn, 30, 40 50 Mbit/s sürətində internet almaq imkanı yaradılmalıdır. Belə olduğu halda həm provayderlar arasında rəqabət çoxalacaq, bu da xidmətin daha da yaxşılaşmasına xidmət edəcək”.

Bəhruz Əliyev provayderlərin pik saatları nəzərə alaraq, internetin sürətini istifadəçilər arasında düzgün paylanılmasının önəmindən söz açlıb:

“Hazırda 3 növ sürətin olduğu kimi istifadəçilərə düzgün verilməsi üçün, istifadəçi sayının və sürətin provayderlər tərəfindənn düzgün tənzimlənməsi lazımdır. Provayderlər pik saatları nəzərə alaraq, internetin sürətini istifadəçilər arasında düzgün paylayarsa və müəyyən qaydaları düzgün tətbiq edərsə, hər bir istifadəçi verilən sürətin düzgün olduğunu müşahidə edə biləcək. Köhnə internet şəbəkələrində sürətlər stabil deyildi. Telefon xətti və ya hava şəraiti kabellərə təsir edirdi. Amma son illər tətbiq edilən GPON (Gigabyte Passive Optical Network - Gigabayt Passiv Optik Şəbəkə) texnologiyası fiberoptik kabellər vasitəsi ilə qurulan şəbəkədir.

Evlərdə qoyulan “Router”-lər (İnterneti kabel və simsiz formada evə paylayan aparat) fiberoptik kabeli giriş kimi qəbul edir. Bu zaman provayederdən evə qədər olan məsafədə heç bir problem olmayacaq və bu kabellər ətraf mühitdən təsirlənmir. Ona görə də problemləri axtarmaq daha rahat olacaq. İnternetə qoşulan avadanlıqların vayfaydan (WIFI) uzaqlığına görə sürəti dəyişə bilər. Amma vayfay aparatının yaxınlığında olan avadanlıqlarda hansısa sürət itkisi olmamalıdır. Təbii ki əlaqədar avadanlıq da düzgün və peşəkar konfiqurasiya olunmalıdır. İnternetdə problem olduğu halda provayderinizə şikayət edərək, narahatlığı aradan qaldırmaq mümkündür. Son illərdə provayderlara nəzarət üçün yaradılan qurum bu tipli məsələlərdə lazımı formada öz səyini davamlı göstərəcəyindən şübhə etmirik”.

Teqlər:

"Yeni internet qiym\u0259tl\u0259ri: \"Azt\u0259minatl\u0131 ail\u0259l\u0259r \u00fc\u00e7\u00fcn \u00f6d\u0259ni\u015f \u00e7\u0259tin ola bil\u0259r\""

Əlaqəli Xəbərlər