http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Rizvan Nəbiyev seçicilərini seçki platforması ilə tanış edib - FOTO

19 Avqust 2024 , 16:51
Rizvan Nəbiyev seçicilərini seçki platforması ilə tanış edib - FOTO

Bu il sentyabrın 1-də VII çağırış növbədənkənar parlament seçkiləri ilə əlaqədar 49 saylı Abşeron ikinci seçki dairəsindən deputatlığa bitərəf namizəd olan Rizvan Nəbiyev təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüşünü keçirib.

"Operativ Media" xəbər verir ki, Abşeron Olimpiya İdman Kompleksində təşkil olunan görüşdə R.Nəbiyev iştirakçılara Abşeronun təmiz və dayanıqlı inkişafına dair gələcək planlarını təqdim edib.

Seçki platforması ilə seçicilərini tanış edən deputatlığa namizəd deyib ki, bütün aktual məsələlərin həlli istiqamətində səylərini əsirgəməyəcək. O, seçki platformasında “İnsan kapitalı, innovativ gələcək” yanaşmasını əsas götürdüyünü vurğulayaraq dövlətimizin peşəkar kadr hazırlığı ilə bağlı apardığı tədbirlər barədə danışıb.

R.Nəbiyev rayon üzrə daha çox gəncin xaricdə təhsil alması məqsədilə təqaüd imkanlarının təşviqi, gənclərin xarici dil biliklərinə yiyələnməsinin stimullaşdırılması (güzəştli və ödənişsiz kursların təşkili və s.) istiqamətində praktiki addımlar atılacağını vurğulayıb.

Deputatlığa namizəd eyni zamanda qadın sahibkarların təşəbbüslərinin dəstəklənməsi, kiçik və orta sahibkarlığın inkişafının stimullaşdırılması, əhalinin, o cümlədən gənclərin sosial-iqtisadi problemlərinin həlli istiqamətində qanunvericilik çərçivəsində addımların atılması, bu sahədə müvafiq qanunvericilik aktlarının qəbulunun təşviq edilməsi məsələsinin onun gündəliyində olacağını seçicilərin diqqətinə çatdırıb.

R.Nəbiyev səmimi mühitdə keçirilən görüşdən əvvəl və yekununda seçicilərin müraciətlərini dinləyib, onların ünvanladığı sualları cavablandırıb.

O, bir daha görüş iştirakçılarının diqqətinə çatdırıb ki, seçiləcəyi təqdirdə hər bir seçicisinin müraciəti araşdırılacaq və qanunvericiliyin tələblərinə uyğun şəkildə həll olunması üçün aidiyyəti orqanlara sorğular göndəriləcək və nəticə barədə vətəndaşa operativ məlumat verilməsi təmin ediləcək.

OXŞAR XƏBƏRLƏR
AYNA rəsmisi: Bakıda 5 mindən çox taksi sürücüsü daşımadan kənarlaşdırılıb

AYNA rəsmisi: Bakıda 5 mindən çox taksi sürücüsü daşımadan kənarlaşdırılıb

Şagird hansı halda məktəbdən uzaqlaşdırla bilər?

Şagird hansı halda məktəbdən uzaqlaşdırla bilər?

Uşaqlar kişinin himayəsinə verildiyi halda qadının pensiyası kəsiləcək

Uşaqlar kişinin himayəsinə verildiyi halda qadının pensiyası kəsiləcək

XƏBƏR LENTİ
  • Dünən
    23:41

    Bəzi rayonların qaz təchizatında müvəqqəti fasilə yaranacaq
  • Dünən
    23:13

    Azərbaycandan digər ölkəyə silah daşınması barədə məlumatlar reallığı əks etdirmir
    Azərbaycandan digər ölkəyə silah daşınması barədə məlumatlar reallığı əks etdirmir
  • Dünən
    22:58

    Azərbaycan millisi dünya çempionatının yarımfinalına yüksəldi
  • Dünən
    22:54

    Livandakı vəziyyətlə bağlı Parisdə beynəlxalq konfrans keçiriləcək
  • Dünən
    22:34

    Polis zabiti yol qəzasında vəfat edib
  • Dünən
    22:06

    Qalant: İrana hücumumuz ölümcül olacaq
  • Dünən
    21:46

    Binəqədi rayonunun bəzi ərazilərində elektrik enerjisi kəsiləcək
  • Dünən
    21:25

    COP29 Yaşıl Zona üzrə media akkreditasiyası portalı istifadəyə verilib
    COP29 Yaşıl Zona üzrə media akkreditasiyası portalı istifadəyə verilib
Menyu