Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfəri başa çatıb
Əsəd Abbaslı
Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfəri avqustun 19-da başa çatıb.
"Operativ Media" xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Rusiya Prezidenti Vladimir Putini hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər yola salıblar.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma