Menyu

Mingəçevirdə anasını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Əziz Əzizli
Mingəçevirdə anasını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb
1 dəq oxu

Avqustun 20-də saat 5 radələrində Mingəçevir şəhərində 1979-cu il təvəllüdlü Çıraqova Natella Tapdıq qızının kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Bu barədə "Operativ Media"ya DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib.

Cinayət əməlini törətməkdə N.Çıraqovanın övladı, 2003-cü il təvəllüdlü Çıraqov Rəşad Xalid oğlu şübhəli bilinir. O, polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır

Əlaqəli Xəbərlər