Menyu

Gürcüstanda COVID-19-a yoluxma hallarında artım müşahidə olunur

Nərmin Qocamanlı
Gürcüstanda COVID-19-a yoluxma hallarında artım müşahidə olunur

Gürcüstanda koronavirus infeksiyasına (COVID-19) yoluxma halları artıb.

"Operativ Media" "Sputnik Georgia"ya istinadən xəbər verir ki, bu barədə ölkənin İmmunlaşdırma üzrə Milli Texniki Məsləhətçilər Qrupunun rəhbəri İvane Çxaidze məlumat verib.

O bildirib ki, yoluxma hallarının artması əsasən son üç həftə ərzində müşahidə olunur: "Laborator analizlərin nəticəsi onu deməyə əsas verir ki, Gürcüstanda yay mövsümü üçün xarakterik olmayan ən çox koronavirus hadisəsi qeydə alınıb. Eyni zamanda qeyri-adi haldır ki, ölkədə sonuncu qrip hadisəsi iyulun əvvəlində olub".

Qrup rəhbəri əlavə edib ki, hazırda ölkədə yayılan bütün viruslar əsasən yüngül formalıdır.

Teqlər:

"G\u00fcrc\u00fcstanda COVID-19-a yoluxma hallar\u0131nda art\u0131m m\u00fc\u015fahid\u0259 olunur"

Əlaqəli Xəbərlər