"Zirə" Antalyada ilk qələbəsini qazandı
Əziz Əzizli
Antalyada təlim-məşq toplanışında olan “Zirə” bu gün yoxlama oyununa çıxıb.
"Operativ Media" xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv Rumıniyanın “Çindia” komandası ilə qarşılaşıb. Yağışlı hava şəraitində keçən matçı Azərbaycan təmsilçisi 3-2 hesabı ilə qazanıb.
Qeyd edək ki, "Zirə" matçın hər hissəsində fərqli 11-liklə çıxış edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net