Menyu

Dövlət Məşğulluq Agentliyi: Hazırda vakansiya bankında 45 min aktiv vakant yer mövcuddur

19761 baxış
Dövlət Məşğulluq Agentliyi: Hazırda vakansiya bankında 45 min aktiv vakant yer mövcuddur

Dövlət Məşğulluq Agentliyi tərəfindən işəgötürənlərlə boş iş yerləri barədə məlumatların "Əmək və məşğulluq" altsistemində yaradılan vakansiya bankına yerləşdirilir. Agentlik tərəfindən həmin vakansiyalar üzrə göndərişlərin formalaşdırılması istiqamətində əməkdaşlıq edilir.

Dövlət Məşğulluq Agentliyindən “Operativ Media”nın sorğusuna cavab olaraq bildirilib ki, hazırda sistemdə 45 min aktiv vakansiya mövcuddur:

Cari ilin yanvar ayından vakansiya bankına 16 mindən çox işəgötürən tərəfindən vakansiyalar barədə məlumatlar yerləşdirilib. Hazırda sistemdə 45 minə yaxın aktiv vakansiya mövcuddur. Boş vakansiyalar əsasən xidmət, istehsal və tikinti sahələrini əhatə edir.

Dövlət Məşğulluq Agentliyinin mətbuat katibi Əsmər Nəcməddinqızı qeyd edib ki, bu rəqəm yalnız Dövlət Məşğulluq Agentliyinin vakansiya bankına daxil edilən vakant yerlərin sayıdır:

"Bu rəqəm Dövlət Məşğulluq Agentliyinin vakansiya bankına daxil edilən vakant yerlərin sayıdır. Bu o demək deyil ki, hazırda Azərbaycanda 45 min vakant yer mövcuddur. Bəzi sahibkarlar vakansiyalar barədə məlumatlarını "Əmək və məşğulluq"un altsisteminə daxil etməyiblər. Yəni o statistika bizdə yoxdur. Bu rəqəm dəyişəndir. Sabah artıq bu vakansiyalardan müəyyən bir qismi tutula və yaxud arta bilər".
 

Gülcahan Məmmədova

Teqlər:

"D\u00f6vl\u0259t M\u0259\u015f\u011fulluq Agentliyi: Haz\u0131rda vakansiya bank\u0131nda 45 min aktiv vakant yer m\u00f6vcuddur"

Əlaqəli Xəbərlər