Rəşad Sadıqov transferlər haqqında danışıb

Əziz Əzizli
Rəşad Sadıqov transferlər haqqında danışıb

Antalyada təlim-məşq toplanışında olan "Zirə" klubunun baş məşqçisi yoxlama oyunundan sonra müsahibə verib.

"Operativ Media" xəbər verir ki, yeni transferlərin olub-olmayacağı ilə bağlı suala Rəşad Sadıqov belə cavab verib:

"4-5 transfer var planımızda. 4-5 mövqeni gücləndirmək istəyirik. Hər hansı bir futbolçu ilə razılaşma ərəfəsində deyilik. Məsələ ilə bağlı müəyyən problemlər yaşayırıq. Futboldur, futbolun içində bunlar var. Hər zaman istədiyin oyuncuları transfer edə bilmirsən. Olmasa da, belə davam edəcəyik".

Qeyd edək ki, "Zirə" klubu qış transfer pəncərəsində Təmkin Xəlilzadə ilə yolları ayırmışdı.

Digər xəbərlər