Menyu

Məleykə Abbaszadə: 8 ali təhsil müəssisəsində plan yeri 100 faiz dolub

Nərmin Qocamanlı
Məleykə Abbaszadə: 8 ali təhsil müəssisəsində plan yeri 100 faiz dolub

Səkkiz ali təhsil müəssisəsində (Azərbaycan Tibb Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, ADA Universiteti, Azərbaycan Dövlət Dəniz Akademiyası, Bakı Ali Neft Məktəbi, Dövlət Gömrük Komitəsinin Akademiyası, Azərbaycan İlahiyyat İnstitutu, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası) plan yeri 100 faiz dolub. 

"Operativ Media" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə avqustun 26-da keçirdiyi mətbuat konfransında söyləyib.

DİM rəhbəri qeyd edib ki, I mərhələdən sonra tələbə qəbulu aparılan 44 ali təhsil müəssisəsinin 25-də plan yerləri 95%-dən çox dolub.

Nərmin Qocamanlı

Teqlər:

"M\u0259leyk\u0259 Abbaszad\u0259: 8 ali t\u0259hsil m\u00fc\u0259ssis\u0259sind\u0259 plan yeri 100 faiz dolub"

Əlaqəli Xəbərlər