12 Yanvar 2023, 02:21
"Apple" öz displeylərinə keçir
"Apple" öz displeylərinə keçir şəkil
"Apple" öz displeylərinə keçir

Apple üçüncü tərəf satıcılarından asılılığını azaltmağa çalışır.

"Operativ Media" "Bloomberg"ə istinadən xəbər verir ki, ABŞ nəhəngi 2024-cü ildən öz mobil cihazlarında öz displeylərindən istifadə etməyə başlamaq niyyətindədir.

"Apple" displeyinə keçən ilk qurğular premium "Apple Watch" smart saatları olacaq.  Zaman keçdikcə şirkət "iPhone" da daxil olmaqla bütün cihazlarını yeni nəsil displeylərlə təchiz etmək niyyətindədir.

"Apple"ın əsas displey təchizatçıları "Samsung" və "LG" idi. Bundan əlavə, Amerika şirkəti "Japan Display", "Sharp" və "BOE Technology" displeyləri ilə təmin edilib.

Şirkət 2024-cü ilin sonu - 2025-ci ilin əvvəlində "Broadcom" və "Qualcomm" çiplərindən də imtina etmək niyyətindədir.

Hər iki şirkət üçün "Apple" ən böyük müştəri idi və illik gəlirlərinin təxminən beşdə birini onlara təmin edirdi.

 

Son xəbərlər
Üç müntəzəm avtobus marşrutu üzrə müsabiqənin qalibləri müəyyən edilib
Sosial sığorta ödəmələri 11,6 faiz artıb
Azərbaycanda palçıq vulkanları - xüsusiyyətləri, ekoloji əhəmiyyəti - ARAŞDIRMA
Riçard Almeyda: "Tanrıya təşəkkür edirəm ki, mənim qarşıma Qurban Qurbanovu çıxardı"
ETX: "Azərpoçt" adından dələduzluqlar edilir
Sumqayıt Dövlət Universitetinə yeni rektor əvəzi təyin olunub
Yasamalda 25 kq heroin və marixuana dövriyyədən çıxarılıb
Vizaların sadələşdirilməsi turizmə necə təsir edir?