02 Sentyabr 2024, 16:23
664
Baku Electronics və SAMSUNG birlikdə Samsung-un eksklüziv Yeni Mağazasının Möhtəşəm Açılışını etdi
Baku Electronics və SAMSUNG birlikdə Samsung-un eksklüziv Yeni Mağazasının Möhtəşəm Açılışını etdi şəkil
Baku Electronics və SAMSUNG birlikdə Samsung-un eksklüziv Yeni Mağazasının Möhtəşəm Açılışını etdi

30 avqust tarixində Samsung-un yeni mağazasının möhtəşəm açılışı baş tutdu.

"Operativ Media" xəbər verir ki, Baku Electronics ilə birgə açılan yeni Samsung mağazası Bakı şəhərinin mərkəzində, Bülbül prospekti 29 ünvanında yerləşir.

Texnologiyanın ən son yeniliklərini bir araya gətirən mağaza müştərilərə hər zamankı kimi yüksək keyfiyyətdə məhsullarını və seçilən xidmətini təqdim etməyi hədəfləyir.

Lent kəsmə mərasimindən sonra qonaqlar mağazada mövcud olan geniş məhsul çeşidini kəşf etmək imkanı əldə etdilər. Tədbir musiqili anlarla davam etdi və iştirakçılara unudulmaz bir gün yaşatdı. Onu da qeyd edək ki, Samsung brendi Baku Electronics ilə 1995-ci ildən tərəfdaşlıq edir. Uzun illərə dayanan tərəfdaşlıq çərçivəsində yerli bazara inkişaf etmiş texnologiya və innovativ məhsullar təqdim edilir.

Texnoloji yenilikləri Samsung-un yeni mağazasında kəşf edin.

Ünvan: Bakı ş., Bülbül pr. 29 (Nizami kinoteatrı ilə üzbəüz)

Son xəbərlər
İsrailin Zəncana endirdiyi zərbə nəticəsində 2 SEPAH hərbçisi həlak olub
İranın bir gecədə İsrailə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 4-ə çatıb
Qeyri-sabit hava şəraiti nə vaxta qədər davam edəcək?
İranın hava məkanının bağlı qalma vaxtı uzadılıb
Ağ Ev: Tramp Kanadada Zelenski ilə görüşəcək
"Əl-Hilal" Osimhenə illik 50 milyon avro təklif edib
İsraildə raket zərbələrindən zədələnən 22 bina dərhal söküləcək
İranın İsrailə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 16-ya çatıb