Menyu

İran "Zəngəzur dəhlizi" ilə bağlı Rusiyaya narahatlığını bildirib

Nərmin Qocamanlı
İran "Zəngəzur dəhlizi" ilə bağlı Rusiyaya narahatlığını bildirib

İran Ermənistandan keçərək Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək marşruta qarşı çıxıb. Bununla bağlı Rusiyanın Tehrandakı səfiri ilə İran Xarici İşlər Nazirliyinin Avrasiya Baş İdarəsinin rəisi və nazir köməkçisi Müctəba Dəmirçilu arasında görüş keçirilib.

"Operativ Media" xəbər verir ki, bu barədə İran XİN məlumat yayıb.

Qeyd edilib ki, Dəmirçilu Rusiyanın Tehrandakı səfiri ilə görüşündə davamlı sülhün təminatçısı və regional sülhün əsası olan ölkələrin milli suverenliyinə, ərazi bütövlüyünə və qarşılıqlı maraqlarına hörmətdən danışıb.

O, İranın regionda sülh və sabitliyin bərqərar olmasını, region ölkələri arasında əməkdaşlığın inkişaf etdirilməsini dəstəklədiyini və regionun geosiyasi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsinə qarşı olduğunu vurğulayıb.

Görüşdə Qafqazda cari proseslər ətrafında fikir mübadiləsi aparılıb, ölkələrin regionda sülh və stabil olmasına dəstək, region ölkələri arasında əməkdaşlığın inkişafına köməklik göstərilməsi, beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişdirilməsi ilə mübarizə aparılması vurğulanıb.

Tərəflər, həmçinin qarşıdan gələn görüşlə bağlı bütün tərəflərin maraqlarını nəzərə alaraq, məsələlərin həlli və regionda sülhün və sabitliyin möhkəmləndirilməsinə və iqtisadi planların həyata keçirilməsinə kömək etmək üçün region ölkələrinin imkanlarından istifadə edilməsinin vacibliyini vurğulayıblar.

Teqlər:

"\u0130ran \"Z\u0259ng\u0259zur d\u0259hlizi\" il\u0259 ba\u011fl\u0131 Rusiyaya narahatl\u0131\u011f\u0131n\u0131 bildirib"

Əlaqəli Xəbərlər