12 Yanvar 2023, 12:32
"AvtoVAZ" "Lada Granta"nın iki yanacaqlı versiyasını təqdim edib
"AvtoVAZ" "Lada Granta"nın iki yanacaqlı versiyasını təqdim edib şəkil
"AvtoVAZ" "Lada Granta"nın iki yanacaqlı versiyasını təqdim edib

"AvtoVAZ" şirkəti təbii qazla işləyən qaz avadanlığı ilə təchiz edilmiş "Lada Granta" sedanının iki yanacaqlı versiyasının istehsalına başladığını açıqlayıb.

"Operativ Media" xəbər verir ki, bu barədə yanvarın 12-də müəssisənin mətbuat xidməti məlumat yayıb.

"AvtoVAZ" uzun müddətdir "Lada"nın qaz avadanlığı ilə təchiz edilməsi ilə məşğuldur.

“Təcrübə göstərdi ki, təbii metan qazından istifadə mühərrikin ömrünü artıra və yanacaq xərclərini iki-üç dəfə azalda bilər. Bu, bütün müştərilərimiz üçün və xüsusilə işə gedən və ya tez-tez səyahət edənlər üçün əla təklifdir. Bu halda yanacağa qənaət xüsusilə nəzərə çarpır”, - deyə "AvtoVAZ"ın satış direktoru Vitali Osipov bildirib.

İki yanacaqlı "Lada Granta" həm qazla, həm benzinlə işləyə bilər. Qaz silindrinə quraşdırılmış qoruyucu və yüksək sürətli klapan yanacaq avadanlığının zədələnməsi halında təhlükəsizliyi təmin edir. Silindr 80 litr qaz üçün nəzərdə tutulub və 340 litr həcmi olan baqajda yerləşdirilib.

Orta qaz sərfiyyatı 100 km-ə 6,1 kubmetrdir. Qaz və benzinlə doldurulmuş avtomobil yanacaq doldurmadan 1000 km məsafə qət edə bilər.

Son xəbərlər
Tramp sərəncamların sayına görə rekord qırıb
Səudiyyə Ərəbistanı müsəlman ölkələrinə təşəkkür edib
Samuxda süni sututarında batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
Türkiyə Ordusu dörd terrorçunu zərərsizləşdirib
Azərbaycan PL: "Şamaxı" Sumqayıt"ı əliboş yola saldı
Conson: Putini şoka salmaq vaxtıdır, yoxsa qalib gələcək
Bakıda qadın dəm qazından zəhərlənərək ölüb
Avtomobilin yolda qalması nəqliyyat sıxlığına səbəb olub - YENİLƏNİB