http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 24 ° C

Azərbaycan səfiri İraq Kürdüstanı regionunun Baş nazirini COP29-a dəvət edib

09 Sentyabr 2024 , 22:54
Azərbaycan səfiri İraq Kürdüstanı regionunun Baş nazirini COP29-a dəvət edib

Azərbaycan İraqdakı səfiri Nəsir Məmmədov İraq Kürdüstanı regionunun Baş naziri Məsrur Bərzanini COP29-a dəvət edib.

"Operativ Media" xəbər verir ki, bu barədə region hökumətinin mətbuat xidməti bildirib.

“9 sentyabr 2024-cü il, bazar ertəsi Kürdüstan Regional Hökumətinin (KRH) Baş naziri Məsrur Bərzani Azərbaycan Respublikasının İraqdakı səfiri Nəsir Məmmədov ilə görüşüb. Görüş zamanı səfir Məmmədov Baş nazir Bərzaniyə 2024-cü ilin sonunda Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatı (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün rəsmi dəvət göndərib”, – məlumatda qeyd olunub.

Bildirilib ki, görüşdə “ikitərəfli münasibətlərin gücləndirilməsinə də diqqət yetirilib, hər iki tərəf Azərbaycan və Kürdüstan regionu arasında daha sıx əməkdaşlığı asanlaşdırmaq üçün konsulluq xidmətlərinin yaradılmasının vacibliyini vurğulayıb”.

“Baş nazir Bərzani genişlənmiş diplomatik və iqtisadi əlaqələrin qarşılıqlı faydalarını vurğulayaraq Azərbaycanla daha güclü tərəfdaşlığın təşviqinə sadiqliyini ifadə edib”, – mətbuat xidməti nəql edib.

OXŞAR XƏBƏRLƏR
Rusiya “Crocus” terrorunun araşdırılması üçün üç ölkədən kömək istəyib

Rusiya “Crocus” terrorunun araşdırılması üçün üç ölkədən kömək istəyib

Zimbabve prezidentinin helikopteri qəzaya uğrayıb

Zimbabve prezidentinin helikopteri qəzaya uğrayıb

Ukraynanın ən qaynar nöqtəsi açıqlanıb

Ukraynanın ən qaynar nöqtəsi açıqlanıb

XƏBƏR LENTİ
  • 10:12

    Masazırda işıq olmayacaq
  • 10:09

    Ötən gün 13 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
  • 10:00

    Çempionlar Liqasının əsas mərhələsi start götürür
  • 09:55

    Azərbaycan QHT-ləri ABŞ və Avropa İttifaqının məsul qurumlarının rəhbərlərinə açıq məktub göndərib
    Azərbaycan QHT-ləri ABŞ və Avropa İttifaqının məsul qurumlarının rəhbərlərinə açıq məktub göndərib
  • 09:52

    Azərbaycan nefti ucuzlaşıb
  • 09:52

    FHN sürücülərə müraciət edib
  • 09:51

    COP29 qlobal diqqəti cəmləşdirmək və iqlim fəaliyyətini sürətləndirmək üçün təşəbbüslərə başlayıb
  • 09:38

    Xətai rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib
Menyu