"Apple" yeni "iPhone 16" məhsulunun təqdimatını keçirib
Əsəd Abbaslı
ABŞ-nin "Apple" korporasiyası yeni məhsullarının təqdimatını keçirib.
"Operativ Media"xəbər verir ki, 6,1 və 6,7 düym diaqonallı "iPhone 16" və "16 Plus" yeni nəsil smartfon modelləri nümayiş olunub.
Cihazın korpusu alüminiumdan hazırlanıb. Modellər yenə "iPhone 11"də olduğu kimi şaquli kameraya sahibdir.
Smartfonlarda kameranı idarə etmək üçün yeni "Capture" düyməsi var. Aparat əvvəlki nəsil çiplərdən 40% daha sürətli olan yeni A18 çipi il çalışır.
Mobil cihazlar "Apple Intelligence" ilə işləyir ki, bu da istifadəçilərin gündəlik tapşırıqlarını asanlaşdırmaq üçün süni intellekt imkanlarından istifadə edir. Yeni "MagSafe" simsiz şarj texnologiyası və daha möhkəm keramik örtük bu modellərin xüsusiyyətlərini tamamlayır.
Teqlər:
"\"Apple\" yeni \"iPhone 16\" m\u0259hsulunun t\u0259qdimat\u0131n\u0131 ke\u00e7irib"