15 Yanvar 2023, 07:00
Canni De Byazi "Kəpəz"in oyununu izləyib

Antalyada təlim-məşq toplanışını davam etdirən "Kəpəz" dünən yoxlama oyunu keçirib.
"Operativ Media" xəbər verir ki, millimizin baş məşqçisi Canni De Byazi Gəncə təmsilçisnin "MTK Budapeşt" ilə keçirdiyi yoxlama oyununu izləyənlər arasında olub. Onunla yanaşı, AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov, Məşqçilər Komitəsinin üzvləri, Misli Premyer Liqasından olan klubların rəsmiləri və məşqçiləri görüşü izləyib.
Qeyd edək ki, görüş "Kəpəz"in 1-0 hesablı qələbəsi ilə başa çatıb.