Ana səhifə / İdman / "Neftçi" ikinci yoxlama oyununa çıxacaq "Neftçi" ikinci yoxlama oyununa çıxacaq 15.01.2023, 08:00 Əziz Əzizli Təlim-məşq toplanışını Antalyada davam etdirən "Neftçi" yoxlama oyununa çıxmağa hazırlaşır. "Operativ Media" xəbər verir ki, "ağ-qaralar" Polşanın "Medz Leqnisa" komandası ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 12:30-da start götürəcək. Qeyd edək ki, "Neftçi" ilk yoxlama oyununda Macarıstanın "Vasas" komandası ilə 1-1 hesablı heç-heçə etmişdi.