15 Yanvar 2023, 13:30
"Şamaxı" "Kəpəz"dən ayrılan futbolçunu heyətinə qatdı

"Şamaxı" növbəti transferini reallaşdırıb.
"Operativ Media" xəbər verir ki, "Şamaxı şəhər təmsilçisi yarımmüdafiəçi Əli Səmədov ilə 1 illik müqavilə imzalayıb. 25 yaşlı futbolçu daha öncə "Kəpəz"də çıxış edib.
Qeyd edək ki, "Şamaxı" daha öncə hücumçu Emil Qasımov, Emin Zamanov, Zahid Mərdanovu heyətinə cəlb edib, Rəhman Daşdəmirov, Rövşən Şahmuradov, Fuad Bayramov və Bahadur Həziyevlə müqavilə yeniləyib.