Menyu

Kadi Borqes azarkeşlərə vida mesajı yazdı

Əziz Əzizli
Kadi Borqes azarkeşlərə vida mesajı yazdı

"Krasnodar" klubuna transfer olan "Qarabağ"ın sabiq futbolçusu Kadi Borqes azarkeşlərlə vidalaşıb.

"Operativ Media" xəbər verir ki, Kadi Borqes İnstqram hesabından post paylaşaraq azarkeşlərə vida edib.

"“Bir gün hər şey bitir, başqa mərhələ bağlanır. Demək istədiyim hər şeyi yazsam, sətirlər əskik qalar. Klub üçün mübarizə apardığım dövrlərdə mənə verdiyi hər şeyə görə “Qarabağ” klubuna, hər gün yanımda olan oyunçuların hamısına və mənə kömək olan bütün heyətə ürəkdən təşəkkürümü bildirirəm. Ora gələn Kadini yeni Kadiyə çevirməyi bacardığınız üçün təşəkkür edirəm. “Qarabağ” klubuna, məşqçi heyətinə, futbolçularına və azarkeşlərinə sevgi və sonsuz ehtiramımı bildirirəm, hamınıza uğurlar arzulayıram. Daha sonra yenidən görüşmək diləyi ilə. Əsla vida olmayacaq”.

Qeyd edək ki, Kadi Borqesin transferindən "Qarabağ" klubunun nə qədər qazandığı rəsmi olaraq bilinmir.

Əlaqəli Xəbərlər