17 Yanvar 2023, 10:31
Son 4 ildə yarım milyon pensiya, müavinət, təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada aparılıb
Son 4 ildə yarım milyon pensiya, müavinət, təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada aparılıb şəkil
Son 4 ildə yarım milyon pensiya, müavinət, təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada aparılıb

Keçən il 23 mini pensiya, qalanı müavinət və təqaüd təyinatı olan 231 min təyinat elektron qaydada proaktiv şəkildə həyata keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Operativ Media"ya verilən xəbərə görə, Nazirlik tərəfindən 2019-cu ilin əvvəlindən başlayaraq sosial təminat növləri üzrə ödənişlərin təyinatı elektronlaşdırılıb.

Ötən dövrdə 500 min pensiya, müavinət, təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada aparılıb. Onlardan 71 mini pensiya, 429 mini müavinət, təqaüd təyinatları olub.

Proaktiv təyinat mexanizmi vətəndaşların sosial təminat növlərinə hüquqları yarandığı halda müraciət olunmadan və sənəd təqdim edilmədən müvafiq sosial ödənişlərin təyinatının e-sistem üzərindən avtomatik aparılmasına imkan verir.

Son xəbərlər
Dövlət qulluğuna qəbul imtahanında 265 namizəd uğur qazanıb
Magistraturaya qəbul imtahanı keçirilib - YENİLƏNİB
DİM xarici dil üzrə fəlsəfə doktoru imtahanı keçirib
Trampın qadağanı ləğv etdiyi "MK-84" bombalar İsrailə çatdırılıb
Tehranda Xəzər İqtisadi Forumu keçiriləcək
İtkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən olunub
Peskov: Tramp istənilən zaman Rusiyaya gələ bilər
Rusiyada zəlzələ baş verib