Menyu

Azərbaycan və Braziliya Anlaşma Memorandumu imzalayıb

Nərmin Qocamanlı
Azərbaycan və Braziliya Anlaşma Memorandumu imzalayıb

Azərbaycan və Braziliya arasında iqlim tərəfdaşlığı üzrə Anlaşma Memorandumu imzalanıb.

"Operativ Media" xəbər verir ki, saziş Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı (Pre-COP29) çərçivəsində imzalanıb.

Sənədi COP29-un baş danışıqçısı Yalçın Rəfiyev və Braziliya xarici işlər nazirinin iqlim, enerji, ətraf mühit üzrə müavini Andre Korrea do Laqo imzalayıb.

Memorandumun məqsədi COP29-un keçiriləcəyi Azərbaycan və COP30-a ev sahibliyi edən Braziliya arasında qlobal iqlim təşəbbüslərinin və dayanıqlı inkişafın təşviqi üçün əməkdaşlığı inkişaf etdirməkdir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər