http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

"Temu" və "Trendyol"un üstün və mənfi cəhətləri nələrdir?

10 Oktyabr 2024 , 17:10
"Temu" və "Trendyol"un üstün və mənfi cəhətləri nələrdir?

Azərbaycanda bir çox vətəndaş “Trendyol” və “Temu” üzərindən məhsul sifariş verir.

"Operativ Media" xəbər verir ki, “Temu” və “Trendyol” onlayn ticarət platformasından şifariş vermək olduqca sadədir. Bunun üçün sadəcə proqramını yükləyib qeydiyyatdan keçmək kifayət edir. 

Bəs bu platformalarının üstün və mənfi cəhətləri nələrdir?

“Temu” da pulsuz çatdırılma mövcuddur:

Çin məhsullarının satışı ilə məşğul olan “Temu” onlayn ticarət platformasının Azərbaycanda məşhurlaşması və müştərilərinin artması getdikdə çoxalır. "Temu"nun “Trendyol”dan əsas fərqi odur ki, bu platformada pulsuz çatdırılma mövcuddur. "Trendyolda isə standart bağlama üçün 89.99 tl (4 manat 50 qəpik), böyük bağlamalar üçün isə 299.99 tl (14 manat 91 qəpik) rüsum ödənilir. Buna görə də son zamanlar “Temu”dan istifadə edənlərin sayı xeyli artıb.

“Trendyol” müştəriyə daha keyfiyyətli məhsul təqdim edir:

“Trendyol”da daha keyfiyyətli məhsullar tapmaq mümkündür. Onlayn ticarət platformalarına baxsaq onlar arasında qiymət fərqinində olduğunu görərik “Temu”da qiymətlərin “Trendyol”a nisbətən daha ucuz olur. Bu platformada daha çox bir neçə dollara başa gələn ucuz, gündəlik həyat məhsulları və ya geyimləri satmağa üstünlük verir. Çoxlu sayda məhsul birbaşa Asiyadan ölkəyə idxal olunur. Buna görə də keyfiyyətdə problemlər yaranır. 

"Trendyol”da bir çox markanın mağazası var:

“Trendyol” daha yüksək keyfiyyətli məhsullar satdığı üçün qiymət fərqi yaranır. “Trendyol”da bir çox markanın mağazası mövcuddur.  Amma "Temu"da bu sistem yoxdur.

“Temu”dan minumum 30 AZN alış-veriş etməlisiniz, amma “Trendyol”da belə bir hədd yoxdur:

Bundan əlavə əgər siz “Temu”dan şifariş vermək istəyirsinizsə, minimum 30 manat dəyərində alış-veriş etməlisiniz. Yoxsa "Temu" şifarisi təsdiqlənməyəcək. Bunun səbəbi isə çatdırılmanın pulsuz olmasıdır.

“Temu” və “Trendyol”da bağlamlar fərqlidir:

“Temu”nun “Trendyol”dan digər fərqi isə çatdırılma prosesidir. “Temu” onlayn ticarət platformasında məhsullar fərqli olsa da, sifariş etdiyiniz məhsullar bir bağlamada göndərilə bilir. “Trendyol”dan məhsul müxtəlif mağazalardan sifariş verilirsə, həmin məhsulu ayrı bağlamalarda göndərilir. Bu da ayrı-ayrılıqda bəyannamələr deməkdir.

“Trendyol” Türkiyə və ətraf regionlarda daha çox yayılıb:

Temu ABŞ mənşəli bir platforma olduğu üçün əsasən beynəlxalq bazarları hədəfləyir. Trendyol isə əsasən Türkiyə bazarına fokuslanıb. Bundan əlavə regionda xüsusilə də ölkəmizdə geniş istifadə dairəsi vardır.

OXŞAR XƏBƏRLƏR
Səbinə Əliyeva: Dünyada tibbi xidmət hüququnun təmini sahəsində problemlər mövcuddur

Səbinə Əliyeva: Dünyada tibbi xidmət hüququnun təmini sahəsində problemlər mövcuddur

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabr ayının pensiyaları ödənilib

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabr ayının pensiyaları ödənilib

Müdafiə Sənayesi Nazirliyinin sözçüsü vəzifəsindən gedib

Müdafiə Sənayesi Nazirliyinin sözçüsü vəzifəsindən gedib

XƏBƏR LENTİ
  • 20:13

    Pentaqon: Diplomatik həll yolu Ukraynanın suverenliyinə hörmət etməlidir
  • 19:59

    Azərbaycanda “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya” təsdiqlənib
    Azərbaycanda “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya” təsdiqlənib
  • 19:55

    Azərbaycanla COP29, Kioto Protokolu və Paris Sazişinin Katibliyi arasında Anlaşma Memorandumu təsdiqlənib
    Azərbaycanla COP29, Kioto Protokolu və Paris Sazişinin Katibliyi arasında Anlaşma Memorandumu təsdiqlənib
  • 19:40

    Rusiyanın İrandakı səfirliyi öz vətəndaşlarına xəbərdarlıq edib
    Rusiyanın İrandakı səfirliyi öz vətəndaşlarına xəbərdarlıq edib
  • 19:34

    Vüqar Kərimov: Azad edilmiş ərazilərdə tullantıların idarə edilməsi üçün 60 xüsusi təyinatlı texnika alınıb
  • 19:18

    Baş Prokurorluq: Əhməd Əhmədovun cəzadan azad edilməsi onun ümumiyyətlə azad edilməsi demək deyil
    Baş Prokurorluq: Əhməd Əhmədovun cəzadan azad edilməsi onun ümumiyyətlə azad edilməsi demək deyil
  • 19:09

    Fernandu Santuş: Mənim əsas məqsədim Azərbaycan milli komandası üçün bir yol qoymaqdır
  • 19:07

    Səbinə Əliyeva: Dünyada tibbi xidmət hüququnun təmini sahəsində problemlər mövcuddur
Menyu