http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 14 ° C

Bakıda avtobus zolaqlarına giriş məhdudiyyəti niyə saata görə dəyişir?

11 Oktyabr 2024 , 16:05
Bakıda avtobus zolaqlarına giriş məhdudiyyəti niyə saata görə dəyişir?

Bakının bəzi küçələrində avtobus zolaqlarına giriş gün boyu qadağan olsa da, bəzi küçələrinə müxtəlif saatalarda qadağa tətbiq edilir. 

"Operativ Media" bunun səbəbini araşdırıb.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) “Operativ Media”ya bildirib ki, avtobus zolaqlarında 329 məlumatverici yol nişanı yerləşdirilib. Bunlardan 132 ədədi qüvvədə olma vaxtını bildirən əlavə məlumat nişanlarıdır.

Avtobusla sərnişindaşıma şəhərdə mobilliyin təmin edilməsi baxımından böyük əhəmiyyətə malikdir. Çünki sərnişin daşımalarının böyük hissəsi məhz avtobuslarla həyata keçirilir. Avtobuslar üçün xüsusi zolaq ayırdıqda, yolun buraxılış qabiliyyəti dəfələrlə artır.

Bakı şəhərində şəhərdaxili və şəhərətrafı marşrutlar üzrə sərnişin daşımalarında əsaslı keyfiyyət dəyişikliklərinə nail olmaq məqsədilə yeni marşrut şəbəkəsi hazırlanıb və yeni avtobus zolaqları şəbəkəsi ilə birlikdə tətbiq edilir. Zolaqların təşkili avtobusların, eyni zamanda operativ nəqliyyat vasitələrinin fasiləsiz və intensiv hərəkətinin təminatıdır.

Avtobus zolağına şəxsi nəqliyyat vasitələrinin daxil olması qadağandır. Zolağa daxil olan şəxsi minik avtomobilləri onlarla avtobusun hərəkəti ilə yanaşı minlərlə sərnişinin də vaxtında təyinat yerinə çatmasına maneə yaradır.

Avtobus zolağı təşkil edilən zaman yol boyu 5.9 – “Marşrut nəqliyyat vasitələri üçün zolaq” yol nişanı quraşdırılır. Bu zaman həmin zolaq sutka ərzində avtobusların ixtiyarındadır. Bəzi hallarda sözügedən nişanla birlikdə onun qüvvədə olma vaxtını bildirən 7.5.4 yol nişanı quraşdırılır. Bu cür küçələrdə digər nəqliyyat vasitələrinin zolağa daxil olması ilə bağlı qadağa yalnız nişanda göstərilən saatlarda qüvvədədir.

Hazırda paytaxtın 29 küçə və prospektində uzunluğu 85 km-dən çox xüsusi hərəkət zolaqları təşkil edilib. Bu zolaqlarda 329 məlumatverici yol nişanı yerləşdirilib. Bunlardan 132 ədədi qüvvədə olma vaxtını bildirən əlavə məlumat nişanlarıdır.

Məsələ ilə bağlı açıqlama verən nəqliyyat üzrə ekspert Ərşad Hüseynov bildirib ki, avtobus zolaqlarındakı vaxt məhdudiyyəti yol kənarında yerləşən iaşə obyektləri üçün çox vacibdir:

“Əgər axşam saatlarında küçədə avtobus hərəkət etmirsə və bu küçələrin kənarlarında müxtəlif iaşə obyektləri varsa həmin ərazidə çəkilmiş avtobus zolaqlarında vaxt məhdudiyyəti olmalıdır. Bu çox vacibdir. Çünki həmin iaşə obyektlərinə gecələr müxtəlif məhsullar daşınılır. Buna görə həmin küçələrdə avtobus zolaqları üçün vaxt məhdudiyyətinin olması çox vacibdir.

Əks təqdirdə iaşə obyektləri üçün problem yaranacaq. Bakının bir neçə küçəsində avtobus zolaqlarına vaxt məhdudiyyəti qoyulub. 21:00 sonra bəzi ərazilərdəki avtobus zolaqlarından digər avtomobillər də istifadə edə bilər. 

Yol kənarında obyektin olmadığı ərazilərdə avtobus zolaqlarına vaxt məhdudiyyətinin qoyulmasının heç bir mənası yoxdur. Çünki yol gecə vaxtı boş olur, tıxac olmur. Gecə saatlarında avtobus zolaqlarına başqa nəqliyyat vasitələri girmir. Logistikaya ehtiyacı olan obyektlərin ətrafında olan avtobus zolaqlarına vaxt məhdudiyyəti qoyula bilər”.

OXŞAR XƏBƏRLƏR
AZAL Bakıdan Maldiv adalarına ilk uçuşunu həyata keçirib

AZAL Bakıdan Maldiv adalarına ilk uçuşunu həyata keçirib

Yağıntılı hava şəraiti noyabrın 10-dək fasilələrlə davam edəcək - YENİLƏNİB

Yağıntılı hava şəraiti noyabrın 10-dək fasilələrlə davam edəcək - YENİLƏNİB

57 avtobusun hərəkət sxemi müvəqqəti dəyişdirilir

57 avtobusun hərəkət sxemi müvəqqəti dəyişdirilir

XƏBƏR LENTİ
  • 05:55

    Azərbaycan Prezidenti və Almaniya kansleri arasında telefon danışığı baş tutub - YENİLƏNİB
    Azərbaycan Prezidenti və Almaniya kansleri arasında telefon danışığı baş tutub - YENİLƏNİB
  • Dünən
    23:24

    Putin qanunsuz miqrasiya ilə bağlı cəzanı sərtləşdirən qanun imzalayıb
  • Dünən
    21:55

    Aİ 15-ci anti-Rusiya sanksiyalar paketini hazırlayır
  • Dünən
    21:43

    Bayden və Tramp gələn həftə görüşəcək
  • Dünən
    21:37

    Azərbaycan PL: "Sabah" "Kəpəz"lə heç-heçə etdi
  • Dünən
    21:24

    COP29-da iştirak edəcək Rusiya nümayəndə heyətinin tərkibi təsdiqlənib
  • Dünən
    21:11

    Aİ səfiri Azərbaycanı təbrik edib
  • Dünən
    20:39

    Britaniya Azərbaycanda keçiriləcək COP29 tədbirini qlobal iqlim fəaliyyəti üçün həlledici məqam sayır
Menyu