"Pegasus"dan kampaniya: Aviabilet qiymətləri 29 dollardan başlayaraq təklif edilir

Redaksiya
Baxış: 2337
"Pegasus"dan kampaniya: Aviabilet qiymətləri 29 dollardan başlayaraq təklif edilir

Türkiyənin "Pegasus" Hava Yolları şirkəti kampaniya elan edib.

"Operativ Media" xəbər verir ki, kampaniya çərçivəsində minimum aviabilet qiymətləri 29 dollardan təklif edilir. Kampaniya 11-15 oktyabr tarixlərini əhatə edir. Qeyd edilən 4 gün ərzində bilet əldə edənlər bu ilin noyabrından 2025-ci ilin mart ayının 30-a qədər endirimli qiymətlə səyahət edə biləcəklər. 

"Pegasus"un rəsmi saytında qeyd olunur ki, kampaniya çərçivəsində Bakıdan Şimkəndə (Qazaxıstan) və Bakıdan Podqoritsaya (Monteneqro) bilet qiyməti 39 avrodan başlayacaq. Endirimli qiymətlər Gəncə Hava Limanından edilən uçuşlara da şamil edilir. 

Hazırda "Pegasus" Bakıdan İstanbula biletləri 63 avroya (113 AZN) təklif edir.

Bakıdan Budapeştə isə aviabilet 73 avroya (133 AZN) təklif edilir.

Bakıdan Dortmunda bilet qiyməti də 73 avro (133 AZN) təşkil edir.

Əlavə məlumat almaq üçün "Pegasus"un rəsmi saytına keçid edə bilərsiniz.

Digər xəbərlər