Menyu

“Hərbi əməliyyatların idarə olunmasında beynəlxalq qaydalar üzrə yüksək səviyyəli seminar” başa çatıb

Nərmin Qocamanlı
“Hərbi əməliyyatların idarə olunmasında beynəlxalq qaydalar üzrə yüksək səviyyəli seminar” başa çatıb

Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin birgə təşkilatçılığı ilə Bakıda keçirilən “Hərbi əməliyyatların idarə olunmasında beynəlxalq qaydalar üzrə yüksək səviyyəli seminar” (SWIRMO) başa çatıb. 

Müdafiə Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, sonuncu gündə yekun müzakirələr aparılıb və seminarın təhlili həyata keçirilib.

BQXK-nin əhəmiyyətli tədbirlərindən biri hesab olunan, 70-dən çox ölkədən yüksək rütbəli zabitlərin iştirak etdiyi seminarın bağlanış mərasimində iştirakçılara sertifikatlar təqdim olunub.

Qeyd edək ki, seminarın keçirilməsində məqsəd hərbi əməliyyatların idarə olunmasına dair beynəlxalq qaydaların anlaşılmasını dərinləşdirmək, müasir döyüş meydanında beynəlxalq humanitar hüququn tətbiqi ilə bağlı problemləri araşdırmaq, eləcə də hüququn hərbi planlaşdırma, əməliyyatların aparılması və əxlaqi dəyərlərin gücləndirilməsinə inteqrasiyasını, həmçinin eyni məkanda çalışan hərbçilərlə BQXK arasında qarşılıqlı anlaşmanı inkişaf etdirməkdir.

Teqlər:

"\u201cH\u0259rbi \u0259m\u0259liyyatlar\u0131n idar\u0259 olunmas\u0131nda beyn\u0259lxalq qaydalar \u00fczr\u0259 y\u00fcks\u0259k s\u0259viyy\u0259li seminar\u201d ba\u015fa \u00e7at\u0131b"

Əlaqəli Xəbərlər