Qazax rayonunda mina hadisəsi baş verib.
"Operativ Media" xəbər verir ki, bu barədə Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat yayıb.
Qazax rayonunun Quşçu Ayrım kəndi ərazisində 2024-cü il 14 oktyabr tarixində mina hadisəsi baş verib.
Kənd sakini 2001-ci il təvəllüdlü Sarıyev İlkin Amil oğlu heyvan otararkən minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minaya düşüb.
Hadisə nəticəsində Sarıyev İlkin sağ ayağından xəsarət alıb.
Xəsarət alan şəxs rayon xəstəxanasına çatdırılıb. Vəziyyəti stabildir.
Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər icra icra edilir.
Faktla bağlı Qazax rayon prokurorluğunda araşdırma aparılır.
Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!
***
Qazaxda mülki şəxs minaya düşüb.
"Operativ Media" APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Quşçu Ayrım kəndində qeydə alınıb. 2001-ci il təvəllüdlü İlkin Sarıyev kənd ərazisində minaya düşərək xəsarət alıb.
O, xəstəxanaya yeləşdirilib.