17 Oktyabr 2024, 18:54
Füzuli Şəhəri Günü münasibətilə silsilə tədbirlər keçirilib
Füzuli Şəhəri Günü münasibətilə silsilə tədbirlər keçirilib şəkil
Füzuli Şəhəri Günü münasibətilə silsilə tədbirlər keçirilib

Füzuli Şəhəri Günü münasibətilə silsilə tədbirlər keçirilib.

"Operativ Media" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə nazirinin göstərişinə əsasən, oktyabrın 17-də Azərbaycan Ordusunun qoşun növləri, hərbi birlik və birləşmə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində Füzuli şəhəri Günü münasibətilə silsilə tədbirlər keçirilib.

Mərasimlərdə hərbi qulluqçular, ictimaiyyət nümayəndələri və müharibə veteranları iştirak ediblər.
Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı, suverenliyi, ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Çıxış edənlər Ermənistan silahlı birləşmələrinin genişmiqyaslı təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində qələbəmizin tarixi əhəmiyyətindən, torpaqlarımızın azad olunması naminə xalqımızın həmrəyliyindən, dövlətimizin ətrafında dəmir yumruq təki sıx birləşməsindən danışıblar, Füzuli şəhərinin və rayonun digər yaşayış məntəqələrinin azad edilməsinin strateji rolunu qeyd ediblər.

Bildirilib ki, zəfərimiz sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı təkcə Füzuli şəhərində deyil, suverenliyimizin bərqərar olduğu bütün ərazilərimizdə qürurla dalğalanır.
Döyüş iştirakçıları onların xidmətlərinə verilən yüksək qiymətə görə Müzəffər Ali Baş Komandana minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən şəhərin işğaldan azad olunduğu 17 oktyabr tarixi Füzuli şəhəri Günü kimi təntənəli şəkildə qeyd olunur.

Tədbirlər çərçivəsində Azərbaycan Ordusunun şəxsi heyəti şəhidlərimizin məzarlarını ziyarət edib, gül dəstələri düzərək xatirələrini hörmət və ehtiramla anıblar.

Şəxsi heyətə vətənpərvərlik mövzusunda mədəni-kütləvi tədbirlər təqdim olunub, Vətən müharibəsində qələbəmizə həsr olunmuş videoçarxlar nümayiş etdirilib.

Son xəbərlər
Azərbaycan PL: "Sumqayıt" "Sabah"la heç-heçə etdi
KİV: Kaya Kallas Azərbaycana səfər edəcək
Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib
"BakuBus" noyabr-dekabrda 161 ədəd elektrik avtobusu istifadəyə verib
Xəzərdə zəlzələ baş verib
Azərbaycan PL: "Səbail" "Kəpəz"i məğlub etdi
Ağa Nemətulla ilə Çaykovski küçələrinin kəsişməsində hərəkət yenidən təşkil edilib
Zelenski: "Ukrayna Azərbaycan qazını Avropaya nəql etməyə hazırdır"