Menyu

Vətəndaşlar kirayə müqaviləsi bağlamaqdan niyə yayınırlar?

Nərmin Qocamanlı
Vətəndaşlar kirayə müqaviləsi bağlamaqdan niyə yayınırlar?

Vətəndaş bəzən kirayə müqaviləsi bağlamadan ev sahibi ilə şifahi razılığa gəlir. Kirayəçi və kirayəyə verən arasında müqavilənin olması nə üçün önəmlidir? 

Məsələ ilə bağlı əmlak eksperti Ramil Qasımzadə “Operativ Media”ya açıqlama verib. Ekspert bildirib ki, kirayə müqaviləsi vətəndaş üçün lazımi məsələdir:

“Qeyri yaşayış sahəsini, əmlak kompleksini və yaxud fərdi yaşayış evini bir sözlə daşınmaz əmlakını kirayə verən hər bir şəxs mütləq notarial qaydada “kirayə müqaviləsi”ni imzalamalıdır. Bu çox vacibdir. Kirayə müqaviləsi vətəndaş üçün lazımi məsələdir. Gələcəkdə ev sahibi ilə hər hansısa bir mübahisə yaşanarsa, bu müqavilə hər iki tərəf üçün xüsusi rol oynayır.

Vətəndaşın evdən çıxmaq istəməməsi, kirayəni ödəməməsi kimi hallarla tez-tez rastlaşırıq. Əgər kirayədə qalan şəxs məbləğini ödəmirsə, sahibkar həmin şəxsi çıxartmaq üçün məhkəməyə müraciət etməli olur. Bu zaman əsas sənəd kirayə müqaviləsi sayılır. Bu kimi hallarla qarşılaşmamaq və riskdən uzaq olmaq üçün kirayə verən mütləq qaydada kirayə müqaviləsi imzalanmalıdır. Bunu notarial qaydada etməlidir”.

Vətəndaş kirayə müqaviləsini niyə bağlamaq istəmir sualına ekspert aydınlıq gətirib:

“Təəssüflər olsun ki, kirayə müqaviləsi bağlamayan xeyli sahibkar və vətəndaş var. Bunun iki əsas səbəbi var. İlk olaraq kirayə müqaviləsində verginin çox - 14 faiz olmasıdır. Bu isə 100 AZN-nin 14 manatının hər ay vergiyə ödənilməsidir. Bu məbləğ artıqdıca vətəndaşa mənfi təsir edir.

Mənzilini 500 manata kirayə verən şəxs,14 faizlik vergi verir. Yəni sahibkar hər ay kirayə məbləğinin 70 manatını vergiyə ödəməlidir. Bu da eyni zamanda kirayə qiymətlərinin qalxmasına səbəb olur. Əgər sahibkar kirayə müqaviləsini imzalayırsa birbaşa olaraq məbləği artırır. Hər iki tərəf bu vergini ödəməmək üçün kirayə müqaviləsini imzalamır. Vergilər xidməti bu məsələyə baxmalıdır. Bu vergi 14 faizdən – 5 faizə endirilməlidir. 

R. Qasımzadə ikinci səbəbin notarial rüsumun çox olması ilə bağlayıb:

“İkinci səbəb isə notarial qiymətin çox baha olmasıdır. Kirayə müqaviləsini imzalamaq üçün vətəndaşın təxminən 100-150 manat xərci çıxır. Notarial müqaviləni bağlamaq üçün formal xərc 110 manatdır. Amma müqavilə bağlanarkən Əmlak Məsələləri üzrə Dövlət Xidmətindən Forma 3 deyilən arayış tələb olunur. Bu arayışın qiyməti isə 48 AZN-dir. Digər razılıq ərizələrini də bu məbləğin üzərinə gəlsək, bu müqavilə vətəndaşa 150 AZN-dən də baha başa gəlir”.

Ekspert son olaraq verginin və notarial qiymətin aşağı salınmasını təklif edib:

“Kirayə haqqı çox yüksək olan mənzillərə bu vergi təsir etmir. Amma 250-300 AZN-ə kirayə verilən evlər üçün bu çox böyük məbləğdir. Yaxşı olar ki, notarial qiymət 50 manata, vergi isə 5 faizə salınsın. Bu zaman kirayə müqaviləsi vətəndaşlar üçün daha əlçatan olar”.

Vəkil Babək Həmidov bildirib ki, kirayə müqaviləsinin imzalanmaması vergidən yayınma halı kimi qiymətləndirilir:

"Kirayə müqaviləsinin imzalanmaması gəlirin gizlədilməsi hesab edilir. Bu da vergidən yayınma kimi qiymətləndirilə bilər. Çünki ortada bir gəlir var. Kirayəçi üçün hansısa bir məsuliyyət nəzərdə tutulmayıb. Amma mənzili kirayə verən şəxs məsuliyyətə cəlb oluna bilər. Əgər qanunvericilikdə nəzərdə tutulmuş müddətdən artıq həmin şəxsin evi kirayədirsə, sahibkar mütləq şəkildə vergi ödəməlidir. Yoxsa, vergidən yayınmış kimi hesab edilir. Bu zaman sahibkar vergi qanunvericiliyinin pozulması ilə bağlı cinayət məcəlləsinin maddələri əsasında məsuliyyətə cəl edilə bilər".

Teqlər:

"V\u0259t\u0259nda\u015flar kiray\u0259 m\u00fcqavil\u0259si ba\u011flamaqdan niy\u0259 yay\u0131n\u0131rlar?"

Əlaqəli Xəbərlər