Menyu

Dövlət əmlakının icarəsindən büdcəyə 28 milyon manatdan çox vəsait köçürülüb

Nərmin Qocamanlı
Dövlət əmlakının icarəsindən büdcəyə 28 milyon manatdan çox vəsait köçürülüb

Cari ilin 9 ayı ərzində qeyri-yaşayış sahəsinə dair 459 yeni icarə müqaviləsi bağlanılıb. Bu dövrdə qeyri-yaşayış sahələrinin icarəsindən dövlət büdcəsinə 5,2 milyon manat vəsaitin ödənilməsi təmin olunub.

Əmlak Məsələləri Dövlət Xidmətindən "Operativ Media"ya bildirilib ki, bu ilin yanvar-sentyabr ayları ərzində torpaq sahəsinə dair 2571 yeni icarə müqaviləsi bağlanılıb. Hesabat dövründə torpaq sahələrinin icarəsindən dövlət büdcəsinə 23 milyon manat məbləğində vəsait ödənilib.

Ümumilikdə isə qeyri-yaşayış və torpaq sahələrinin icarəyə verilməsi ilə bağlı 2024-cü ilin müvafiq dövründə 3030 yeni icarə müqaviləsi bağlanılıb. Ötən ilin eyni dövrü ilə müqayisədə bağlanan müqavilələrin sayı 21 faiz artıb.

Cari ilin yanvar-sentyabr ayları ərzində daşınmaz dövlət əmlakının icarəsindən dövlət büdcəsinə 28,3 milyon manat məbləğində vəsaitin ödənilməsi təmin olunub. 2023-cü ilin eyni dövrü ilə müqayisədə 15,8 faiz artım qeydə alınıb.

Teqlər:

"D\u00f6vl\u0259t \u0259mlak\u0131n\u0131n icar\u0259sind\u0259n b\u00fcdc\u0259y\u0259 28 milyon manatdan \u00e7ox v\u0259sait k\u00f6\u00e7\u00fcr\u00fcl\u00fcb"

Əlaqəli Xəbərlər