Menyu

Azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqlar müsabiqə vasitəsilə icarəyə veriləcək

Nərmin Qocamanlı
Azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqlar müsabiqə vasitəsilə icarəyə veriləcək

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqlar sahibkarlıq subyektlərinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun müəyyənləşdirdiyi qaydada investisiya müsabiqələri vasitəsilə icarəyə veriləcək.

"Operativ Media" xəbər verir ki, bu məsələ parlamentin oktyabrın 18-də keçirilən plenar iclasının gündəliyinə birinci oxunuşda daxil edilmiş “Torpaq icarəsi haqqında” qanun layihəsinə təklif edilən dəyişikliklərdə öz əksini tapıb.

Layihəyə əsasən, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində əhalinin məskunlaşdığı kənd və qəsəbə ərazi vahidlərinin sərhədləri daxilində yaşayış məntəqələrinə yaxın kənd təsərrüfatı təyinatlı torpaqlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun müəyyənləşdirdiyi qaydada kənd və qəsəbə sakinlərinə (birillik və çoxillik əkinlərin aparılması üçün) güzəştli şərtlərlə icarəyə veriləcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər