Menyu

Müstəqilliyin bərpası günü tarixi həqiqətə və ədalətə tam uyğundur - Deputat

Müstəqilliyin bərpası günü tarixi həqiqətə və ədalətə tam uyğundur - Deputat

"“Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının 2-ci maddəsinə əsasən müasir Respublikamız 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Respublikasının varisidir. İllərlə 18 oktyabr tarixinin müstəqillik günü kimi qeyd edilməsi əslində bu varisliyin görməzdən gəlinməsi idi". 

"Operativ Media" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib:

"Müstəqillik yolundan özlərinə pay biçmək, SSRİ-ni “dağıdan” qəhrəmanlar kimi özlərini tarixə pərçim etmək üçün bəzi adamlar bu təqvim ətrafında mif yaratmışdılar. Baxmayaraq ki, biz müstəqilliyimizi elan edəndə demək olar ki, artıq bütün İttifaq dövlətləri müstəqil idi. Hətta Rusiya özü belə dövlət suverenliyi haqqında Konstitusiya Aktını artıq qəbul etmişdi. Ona görə də Ulu Öndər Heydər Əliyevin 29 dekabr 2000-ci il tarixi nitqində də bildirdiyi kimi Azərbaycanın müstəqilliyi bərpa etməsini heç bir vəchlə müəyyən ictimai-siyasi qüvvələrin, təşkilatların, ayrı-ayrı şəxslərin müstəsna xidmətləri hesab etmək olmaz. Bu, tarixi obyektiv proseslərin qanunauyğun nəticəsi, taleyin Azərbaycan xalqına və bütün keçmiş SSRİ respublikalarının xalqlarına əvəzsiz töhfəsi idi. Cənab İlham Əliyevin də 2021-ci ilin oktyabrın 17-də ifadə etdiyi kimi, buna görə minnətdar olmaq tamamilə yersizdir.

Əgər müstəqilliyin bərpası istiqamətində real mübarizə tarixindən danışmaq istəyiriksə bu hələ SSRİ-nin mövcudluğu şəraitində 1990-cı il noyabrın 17-də Ulu öndərin təşəbbüsü ilə o vaxt Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “Sovet Sosialist” sözlərinin çıxarılması, Heydər Əliyevin təşəbbüsü ilə Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvanda rəsmi bayraq kimi qəbul edilməsidir. 

Bu mənada cənab İlham Əliyevin təşəbbüsü ilə 18 oktyabr tarixinin müstəqilliyin bərpası günü kimi təqvimə daxil edilməsi möhtərəm prezidentin 3 il əvvəl Füzuli rayon ictimaiyyəti ilə görüş zamanı da dediyi kimi, “tarixi həqiqətə və tarixi ədalətə tam uyğundur".

Teqlər:

"M\u00fcst\u0259qilliyin b\u0259rpas\u0131 g\u00fcn\u00fc tarixi h\u0259qiq\u0259t\u0259 v\u0259 \u0259dal\u0259t\u0259 tam uy\u011fundur - Deputat"

Əlaqəli Xəbərlər